NATO-nun əməliyyatına qoşulan gürcü hərbçilər virusa yoluxdu

NATO-nun əməliyyatına qoşulan gürcü hərbçilər virusa yoluxdu
  10 İyul 2020    Oxunub:2941
NATO-nun Əfqanıstandakı "Həlledici dəstək" əməliyyatında iştirak edən 28 gürcü hərbçisində koronavirus aşkarlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hərbçilər artıq Gürcüstana yola salınıb. Onların sağlamlıq vəziyyətinin qənaətbəxş olduğu, infeksiya mənbəyinin Əfqanıstandakı yerli personalla əlaqəli olduğu qeyd olunub.

Koronavirusa yoluxan hərbi qulluqçular Qori xəstəxanasında müalicə alacaqlar.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Gürcüstan   hərbiçi   virus  





Xəbər lenti