ÜST: “Vəziyyət düzəlməsə, həyacan təbili çalınacaq”

  10 İyul 2020    Oxunub : 2722
 ÜST:  “Vəziyyət düzəlməsə, həyacan təbili çalınacaq”
"Rusiyada koronavirusa yoluxmanın gündəlik artımı iki həftədən çoxdur ki, azalmır. Bu, heç də yaxşı əlamət deyil".
Azvision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vuynoviç deyib.

O bildirib ki, özünü təcridetmə qaydalarına əməl edilməməsi səbəbindən yoluxma sayının artması davam edir.

"Rusiyada 145 milyon insan yaşayır. Əgər yoluxanların 10 faizi qaydalara əməl etməsə, gün ərzində 6 mindən çox yoluxmanın olması davam edəcək. Xəstələnənlərin sayı əvvəlcə azalmağa doğru getdi, ancaq sonradan yenidən yüksəldi. İki həftə ərzində bu hal düzəlməsə, həyacan təbili çalınacaq".

ÜSt nümayəndəsi bildirib ki, insanlar qaydalara əməl etmir: "Xəstələrlə təmasda olan insanlar var ki, onlar özlərini təcrid etmirlər".

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Rusiya   virus