“Atama mənimlə bağlı yanlış məlumatlar verirlər”

  10 İyul 2020    Oxunub : 3493
“Atama mənimlə bağlı yanlış məlumatlar verirlər”
"İnsanlar hesab edir ki, Tatlısəs soyadı mənə imkanlar yaradır. Amma tam əksinədir"
Azvision.az xəbər verir ki, bunu Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəsin qızı Dilan Çıtak Tatlısəs deyib.

Sənətçinin övladı atası ilə yaşadığı problemlərdən söz açaraq bildirib: "Susdum və bir çox ədalətsizliyə boyun əydim. Atamın çevrəsindən olan adamlar işimə mane olmaq istədilər. İbrahim bəydən soruşun, necə oldu ki, Dilan belə partladı. Zənn etməsinlər ki, mənə ev, maşın, pul verilmir deyə danışıram. İnsanlara elə gəlir ki, bu soyad mənə üstünlüklər verir. Əksinə çox maneələr yaradır. İş enerjim tükənib. Atamın belə şeylərdən xəbəri yoxdur, amma ona haqqımda yanlış şeylər danışırlar. Onun çevrəsi məni işləməyə qoymur".

Şahanə Rəhimli
Azvision.az

Teqlər: İbrahimTatlısəs