AXCP: Cəsədi ortada qalan ölü partiya

   AXCP: Cəsədi ortada qalan ölü partiya
  13 İyul 2020    Oxunub:47883
Ramil Vəlibəyov
YAP-ın sosial media qrupunun rəhbəri

1988-ci ildə milli-azadlıq hərəkatı başlayanda xalqı ancaq müstəqillik və Qarabağ məsələsi maraqlandırırdı. Hələ o zaman Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadə, Ziya Bünyadov kimi istiqlaliyyət dahiləri millətin tarixi irsini və yaddaşını oyatmaqla, keçmişinə sahib çıxarmaqla, Cümhuriyət və qurucularının varisliyini əxz etməklə siyasi hərəkətlənməsini reallaşdırmışdılar. Lakin xalqın dərdinə dərman olmağı bacarmayan Əbülfəz Elçibəy, İsa Qəmbər, Etibar Məmmədov kimi siyasət fürsətcilləri siyasi hərəkətlənməni şəxsi siyasi maraqları naminə siyasi partiya formasına çevirdilər, xalqı elə məhz siyasi baxımdan parçalayıb, qütbləşdirdilər.
Bir-birilə didişdilər, “Müsavat”, “Cümhuriyyət”, “Rəsulzadə” kimi milli dəyərləri istismar etdilər, siyasi alətə çevirdilər, oxlokratiya qəhrəmanlarına dönüşdülər. AXC-Müsavat sonradan silah gücünə hakimiyyətə də gəldi, amma xalqın gözləntilərini doğrultmadılar, xəyanət etdilər, cəmiyyətimizə Əli Kərimli kimi əliheydər qarayevlər “bəxş” etdilər.

Bütün bunlara görə də xalq əlinin tərs üzü ilə sillə vurub, onları birdəfəlik tarixin zibilliyinə göndərdi. 1992-ci ildə xalq özü partiya yaratdı və sədrliyinə də Heydər Əliyevi gətirdi. O zamandan ölkənin siyasi sisteminin sütununa çevrilən Yeni Azərbaycan Partiyası xalqın partiyası kimi 27 ildir hakimiyyətdədir və hələ bundan sonra da ölkənin iqtidar partiyası olaraq qalacaq.

Görünür, elə bu reallıqdandır ki, AXC tullantısı olan AXCP-nin kütbeyin rəhbərliyi tez-tez Yeni Azərbaycan Partiyasının ayağının altında dolaşır. Təsəvvür edin ki, həyat yoldaşına, qızına fiziki şiddət, zorakılıq etdiyi üçün həm də ictimai tullantıya çevrilən Fuad Qəhrəmanlı YAP haqqında status yazır. Doğrudur, ona cavab verməmək də olardı, amma nəzərə alsaq ki, bu kütbeyinin statuslarını Cəmil Həsənli+Əli Kərimli yazırlar, o zaman sözlərimiz hansı ünvana getdiyi aydındır.

- Onlar unudurlar ki, YAP yeganə təsis edildikdən 6 ay sonra xalq tərəfindən hakimiyyətə gətirilən yeganə siyasi partiyadır.
- Onlar unudurlar ki, YAP 1993-cü ildən keçirilən bütün seçkilərdə qalib gəlib, xalqın əksəriyyətinin etimadını qazanıb.
- Onlar unudurlar ki, namizədləri, partiya siyahıları üçün imza toplamağa kömək olması üçün YAP-ın qapısında növbə ilə keşik çəkiblər. Maraqlananlar 2 dəfə mandat almış Əli Kərimlidən, cəbhəni satıb deputat olmuş Cəmil Həsənlidən də soruşa bilərlər. Hətta, 1995-ci ildə AXC üçün 40 min imzanın necə toplanmasını belə araşdıra bilərlər.
- Onlar unudurlar ki, YAP siyasi sistemin əsas sütunu olmaqla yanaşı, həm də kadr və kütləvi partiya kimi də liderdir.

Kütbeyin AXCP rəhbərliyinə və “çəpəçi” trollara aydın olsun deyə, açıqlayım ki:

- YAP hökumətin kadr bazasını təşkil edir. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, ayrı-ayrı qurumlara, hətta xüsusi xidmət orqanlarına belə təyin olunan kadrlar məhz YAP-dan gedib. Çox da uzaq olmayan keçmişdə YAP-ın Gənclər Birliyinin sədri Seymur Orucovun Ağstafa rayon İcra Hakimiyyətinin başçısı, YAP-ın Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarovun Şamaxı rayon İcra Hakimiyyəti başçısının I müavini təyin olunması yetərli sübut deyilmi? Hətta, bir neçə ay ərzində YAP-ın Gənclər Birliyinin Ofisindən və ayrı-ayrı rayon təşkilatlarından gənclər Prezident Administrasiyasında, nazirliklərdə, yerli icra hakimiyyətlərində məsul vəzifələrə təyin ediliblər. Məgər, bu qədər sübut bəs etmirmi ki, cəbhə kütbeyinləri qansınlar? Lakin bu gün də AXCP-nin Ruslan Bəşirli, Əbülfəz Qurbanlı kimi gənc qurbanlarını hər kəs xatırlayır.

- YAP böyük sosial bazaya malik olan kütləvi partiyadır. 760580 nəfərlik üzvü olan YAP ölkədə mövcud olan, qeydiyyatdan keçmiş və keçməmiş 54 siyasi partiyanın hamısının birgə üzvlərindən dəfələrlə çox üzvə sahibdir. Bu, faktiki olaraq, ölkədə ən böyük sosial bazaya malik olan və hər an hərəkətə gətirilən milyonlarla nəfərlik partiyanın dəstəyi deməkdir.

- Onlar unudurlar ki, bu gün həyata keçirilən siyasi islahatların mərkəzində də elə YAP dayanır. Siyasi sistemin yeni konfiqurasiyasında da YAP həlledici rola malikdir. Qurulan siyasi dialoq platformasında aparıcı siyasi partiya da YAP-dır. YAP-ın nüfuzu və siyasi çəkisi o qədər çoxdur ki, parlament seçkilərində siyahısını bir qədər gecikdirən kimi bütün siyasi partiyalar və onların havadarları təşvişə düşürlər. Bu, YAP-ın qüdrətindən və siyasi nüfuzundan xəbər vermirmi?

- Onlar unudurlar ki, YAP-ın ildə əz azı 4 dəfə keçirilən Şura, 12 dəfə keçirilən İdarə Heyətinin iclaslarında respublika və qlobal əhəmiyyətli məsələlər müzakirə edilir, ən əsası, xalqa hesabat verilir. Bəs, kütbeyin Fuad Qəhrəmanlı AXCP-nin nə zamansa, hesabat verdiyini xatırlada bilərmi? Deyə bilərmi ki, onların RH iclaslarında təhqirdən, söyüşdən başqa nəsə danışılıbmı? Aydın Kərimov, Qorxmaz Əliyev kimilərin hesabat tələblərinə hələ də Əli Kərimli cavab verməyib. Hər ay yığılan 15-20 min manatlıq “üzvlük haqqı”nın, Avropadan göndərilən 50 min avroluq ianələrin hesabatı niyə verilmir axı? AXCP nə üçün ötən 20 il ərzində bircə dəfə də olsun, MSK-ya hesabat verməyib? Niyə Əli Kərimliyə rəqib olmuş Sahib Kərimov, Razi Nurullayev kimilər təhqirlərə məruz qoyulub? Siyasi dialoqa gedən siyasi partiyalara “tryapka”, “siçovul” deyib, Əli Əliyev, Sərdar Cəlaloğlu kimilərə qarşı Sevinc Osmanqızı, Gültəkin Hacıbəyli, Cəmil Həsənli kimi reneqatların çıxarılması sübut etmirmi ki, AXCP artıq çöküb və məhv olub?

Kütbeyin və zavallı Fuad Qəhrəmanlı, indi anladınmı ki, YAP əvvəlki kimi qüdrətlidir, lakin AXCP artıq siyasi meyitdir, hətta AXCP ölüb, sadəcə, duasını oxuyub, basdıranı yoxdur...


Teqlər: YAP   AXCP  





Xəbər lenti