Ucarda əkin torpaqları sürətlə şoranlaşır

Ucarda əkin torpaqları sürətlə şoranlaşır
  19 Yanvar 2014    Oxunub:1594
Ucar rayonunda əkinə yararlı torpaq sahələrinin sürətlə şoranlaşması prosesi müşahidə olunur. AzVision.az APA- ya istinadən xəbər verir ki, son illər torpaqlar sürətlə şoranlaşır və yerli sakinlər əkdikləri məhsulları aşağı səviyyədə toplaya bilər. Fermerlər çox vəsait və zəhmət sərf etməklə şoranlaşmış torpaqlarını əkinə yararlı hala gətirmək istəsələr də, buna qismən nail olur.

Mütəxəssislər Ucarda olan 70 min hektar torpaq sahəsinin yalnız 10%-nin əkinə yararlı, birinci qrup torpaq sahəsi, 90%-nin isə şoran və şorakət torpaqlar olduğunu deyirlər. Münbit torpaqların əsas hissəsini isə kənd sakinlərinin həyətyanı sahələri təşkil edir.

Ucar rayon İcra Hakimiyyətinin aqrar məsələlər üzrə baş məsləhətçisi Rəhman Cəfərovun sözlərinə görə, şoranlaşmanın əsas səbəbi hava şəraiti, külək və səhralaşma, mineral duzların torpağın tərkibində çoxalması, rayonun dəniz səviyyəsindən və digər mərkəzi rayonlardan 5-6 metr aşağıda yerləşməsidir. Şoranlaşmaya qarşı mübarizə isə əsasən meliorasiya-irriqasiya işlərinin aparılması, habelə üzvü və qeyri-üzvü gübrələrdən mütəmadi istifadə etməklə aparılır.

R.Səfərov qeyd edib ki, şoranlaşmaya qarşı mübarizə tədbirlərinin yalnız fermerlər və kəndlilər tərəfindən aparılması yetərli deyil: «Ən ağır torpaq tipinə malik Ucarı şoranlaşmadan xilas etmək üçün dövlət proqramının icrasına ehtiyac var».


Teqlər:





Xəbər lenti