BB saytı Azərbaycan boksçularının qələbəsindən yazdı
Məqalədə bildirilir ki, Azərbaycan təmsilçiləri rəqib komandaya gərgin anlar yaşadıblar. İlk döyüşdə komandamızın üzvü, Avropa çempionatlarının mükafatçısı Elvin Məmişzadə (52 kq) Asiya oyunlarının finalçısı, London Olimpiadasının iştirakçısı İlyas Süleymanovu, ardınca 60 kq çəki dərəcəsində təmsilçimiz, dünya və Avropa çempionu Albert Səlimov WSB-nin ən təcrübəli boksçularından olan Samat Başenovu, üçüncü döyüşdə də “Baku Fires”in üzvü Yevgeni Romaşkeviç (69 kq) gərgin keçən qarşılaşmada Meirim Nursultanovu və son döyüşdə super ağır çəki dərəcəsində (91+) yarışan idmançımız Hacı Murtuzəliyev təcrübəli rəqibi Ruslan Mırsatayevi məğlub edib.
“Baku Fires” boks komandası Qazaxıstanın “Astana Arlans” kollektivinə 4:1 hesabı ilə qalib gəlib.
Məqalənin tam mətnini aşağıdakı linkdən oxumaq mümkündür: https://azvision.az/redirect.php?url=http://www.eastsideboxing.com/2014/azerbaijan-4-1-kazakhstan-the-fires-roast-the-champions/
Teqlər: