Çində son sutkanın COVID-19 statistikası

Çində son sutkanın COVID-19 statistikası
  18 İyul 2020    Oxunub:3931
Çində son sutka ərzində koronavirus infeksiyasına 22 aktiv, 14 simptomsuz yoluxma qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bir gündə 21 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.

Məlumata görə, 22 yoluxmadan 16-sı yerli, 6-sı ölkəyə idxal olunub.

Ümumilikdə, Çində 83 644 nəfərdə koronavirus infeksiyası aşkar edilib, 78 758 nəfər sağalıb, 252 COVID-19 xəstəsinin müalicəsi davam edir. Virusa yoluxmuş 4 634 nəfər vəfat edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVİD-19   Çin  






Xəbər lenti