“Cinema Radio” 1 yaşını qeyd etdi
Verilişin qonağı Elçin Musaoğlu vaxtilə didərgin həyatı yaşamış uşaqlar haqqında çəkilmiş “Günəş və bulud” sənədli, Qarabağ müharibəsindən bəhs edən “Nabat” tammetrajlı bədii filmlərindən danışıb. Verilişdə həm yerli, həm də əcnəbi bədii filmlərdən patriotik soundtreklər səsləndirilib.
Qeyd edək ki, “AzerNyuMedia” Şirkətinin “Cinema Radio” Layihəsi 2019-cu ilin iyul ayından efirə çıxır. Layihə yerli və əcnəbi kino bazarını müqayisəli şəkildə təqdim edir. Layihəsinin tərəfdaşı CinemaPlus Kinoteatrlar Şəbəkəsi, informasiya partnyoru isə AzVision.az saytıdır.
Veriliş hər həftənin şənbə günü, günorta saat 3-də və hər bazar saat 11-də Avto FM(107.7) FM-də yayımlanır. Verilişin layihə rəhbəri Kamran Qasımov, səs rejissoru Samir Əsədov, musiqi rəhbəri Yaşar Baxış, bədii rəhbəri Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev, aparıcısı isə RJ Yaqutdur.
Teqlər: Avto-FM Cinema-Radio