Bakıda pul qazanıb, Qarabağ haqda susanlara etiraz
Məşhur gitarist Milan Mamedov isə Kubra xanımın bu paylaşımına öz şərhini bildirib. Beləki, məşhur gitarist baş verənləri paylaşmağa məcbur olmadığını və öz əziyyəti ilə Bakıda pul qazandığını bildirir.
Vəziyyəti şərh edən Kubra Məhərrəmova bildirib ki, cəbhədə silahla yanaşı, informasiya müharibəsi də önəmlidir. Belə olduğu halda, Azərbaycan çörəyi yeyən və xalqın məşhurlaşdırdığı bu insanlar da Azərbaycanda baş verən hadisələrə layiqli münasibət göstərməli ən pis halda isə öz dəbdəbəli həyatlarını - generalımızı, əsgərlərimizi torpağa tapşırdığımız ərəfədə göz önünə sərməməlidirlər (propress.az).
Teqlər: