Prokurorluq Sumqayıtdakı qətllə bağlı məlumat yaydı
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.
İstintaqla 2003-cü il təvəllüdlü Fərid Əzizlinin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ramid Sevindikzadəyə bıçaq zərbələri vurub onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Fərid Əzizli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.
Azvision.az