“Azəriqaz”: Abunəçilərin 7%-i güzəştli limit həddini keçib

   “Azəriqaz”:    Abunəçilərin 7%-i güzəştli limit həddini keçib
  20 İyul 2020    Oxunub:3797
“Azəriqaz” İstehsalat Birliyi cari ilin yanvar-iyun aylarında əhali abonentlərinin illik güzəştli limitdən istifadəsinə dair statistik göstəriciləri açıqlayıb.
Birlikdən Azvision.az -a bildirilib ki, iyul ayının 1-nə olan məlumata əsasən, qeydiyyatda olan 2 milyon 284 min 980 abonentin cəmi 6,96 faizi illik hər kubu 10 qəpikdən satılan 2200 kubmetrlik güzəştli limit həddini keçib. Bu da say etibarilə cəmi 158 min 949 abonent deməkdir. Onlar hər kubmetrə görə 20 qəpik ödəyiblər. Qalan 2 milyon 126 min 31 (93,04 faiz) abonent isə qazdan illik limit daxilində, yəni hər kubmetrinə 10 qəpik ödəməklə istifadə edib.

Ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı bir neçə aydır ki, xüsusi karantin rejimi tətbiq edilib. Bu müddət ərzində karantin dövrünün qaydalarına əməl etməklə əksər qaz istehlakçıları evdə olub. Bəzi hallarda (mart və aprel ayları) havaların soyuq keçdiyi günlərdə qazdan istifadənin artmasına baxmayaraq 2200 kubmetrlik güzəştli limit həcminin keçilməsi çox müşahidə edilməyib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Tarif (qiymət) Şurasının 2019-cu il aprelin 30-da keçirilmiş iclasında əhali üzrə təbii qazın aşağı tariflə (hər kubmetrə görə 10 qəpik) illik istehlak həcmi 1700 kubmetrdən 2200 kubmetrədək artırılıb. Bu güzəştdən (aşağı tariflə qaz istehlakından) 1,8 milyondan artıq abonent (7 milyondan çox vətəndaş) yararlanmaqdadır. Bu qərardan sonra təbii qazı aşağı tariflə istehlak edən əhali abonentlərinin xüsusi çəkisi 70 faizdən 85 faizədək artıb.

Azvision.az


Teqlər: “Azəriqaz”  





Xəbər lenti