Strasburqda erməni təxribatlarına etiraz yürüşü keçirildi

Strasburqda erməni təxribatlarına etiraz yürüşü keçirildi
  21 İyul 2020    Oxunub:4251
Ötən günlər ərzində Azərbaycan Respublikasının Tovuz rayonu ərazisində dövlət sərhədi boyu Ermənistan tərəfindən ölkəmizə qarşı silahlı təxribat və hücumlar, habelə Azərbaycan torpaqlarının davam edən hərbi işğalına etiraz etmək məqsədilə iyulun 20-də Strasburqda yürüş keçirilib.
Azvision.az xəbər verir ki, Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyindən verilən məlumata görə, yürüşdə Azərbaycan və türk icmalarının təmsilçiləri, Strasburqda təhsil alan Azərbaycanlı tələbələrin və ölkəmizə dost münasibəti bəsləyən yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.

Fransadakı Azərbaycanlı Tələbələr Asosassiyası (ASEAF) tərəfindən təşkil edilən yürüş Avropa Şurasının mənzil-qərargahı qarşısında başlayıb və Ermənistanın bu təşkilat yanındakı daimi nümayəndəliyinin inzibati binası qarşısında baş tutmuş nümayişlə davam edib. Azərbaycan, eləcə də türk və fransız bayraqlarının dalğalandığı bu yürüş zamanı iştirakçılar “Ermənistanın təcavüzünə son” və “Qarabağ Azərbaycandır!” kimi plakatlar nümayiş etdirib, Ermənistanın işğalçı və təcavüzkar siyasətinə son qoyulmasını tələb edən şüarlar səsləndirib, habelə Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın son təxribatları haqqında məlumatlar yer alan broşürləri yerli sakinlər arasında paylayıblar. Yürüşdə həmçinin son döyüşlər zamanı zamanı həlak olmuş Azərbaycanın qəhrəman hərbçiləri və ahıl mülkü vətəndaşımızın xatirəsi yad edilib, Azərbaycan ordusuna dəstək ifadə olunub.

Yürüş-nümayişin ardınca toplantı iştirakçılarının adından Avropa Şurası Baş katibi, Avropa Şurası Parlament Assambleyasının Prezidenti, Avropa Parlametinin Prezidenti və eləcə də ATƏT-in Minsk Qrupunu həmsədr ölkələrinin Strasburqdakı diplomatik nümayəndəliklərinə müraciətlər ünvanlanıb və Ermənistanın işğalçı siyasətinə son qoyulması məqsədilə qəti tədbirlərin görülməsinə dair çağırış edilib.

Azvision.az


Teqlər: Strasburq   Yürüş  





Xəbər lenti