Pakistanda bazarda partlayış: Ölən və yaralılar var

Pakistanda bazarda partlayış:  Ölən və yaralılar var
  21 İyul 2020    Oxunub:3438
Pakistanın İran sərhədinə yaxın Turbat şəhərində kustar üsulla hazırlanan bombanın partlaması nəticəsində bir nəfər ölüb, 7 nəfər yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə "Express Tribune" məlumat verib.

Partlayış şəhər bazarında baş verib. Nəticədə oradakı mağazalardan biri tamamilə dağılıb və daha sonra yanğın olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının dediyinə görə, partlayıcı qurğu motosikletə bağlanıb. Polis həlak olanların və yaralanan şəxslərin mülki vətəndaşlar olduğu bildirib. Hadisənin kimlər tərəfindən törədildiyi məlum deyil.

Qeyd edək ki, son aylar Bəlucistan əyalətində silahlı qrupların hücumları artıb. Bu yaxınlarda Pakistan-İran sərhədi yaxınlığında uzaqdan idarə olunan qurğunun partlaması nəticəsində 6 təhlükəsizlik əməkdaşı həlak olub.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Pakistan   partlayış  





Xəbər lenti