İspaniyada koronavirusa yoluxma sayı kəskin artıb

 İspaniyada koronavirusa yoluxma sayı kəskin artıb
  21 İyul 2020    Oxunub:3493
İspaniyada sərt karantin tədbirləri aradan qaldırılandan sonra koronavirusa yoluxma sayı 400% artıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, ümumilikdə, iyunun 21-dən - sərt tədbirlərin ləğvindən bəri 18 564 nəfərdə koronavirusa yoluxma təsdiqlənib, 99 xəstə ölüb, 1154 nəfər xəstəxanalara, 93 nəfər reanimasiya şöbələrinə yerləşdirilib.

İki həftə ərzində yoluxma hallarının sayı üç dəfə artıb. Əgər iyulun 3-də hər 100 min əhaliyə 8,76 yoluxma halı düşürdüsə, iyulun 20-də bu göstərici 27,39 olub.

Ən gərgin vəziyyət Kataloniya və Araqondadır. Kataloniya hakimiyyəti Barselona da daxil olmaqla bir sıra bölgələrin sakinlərinə zəruri olmadığı hallarda evdən kənara çıxmamağı tövsiyə edib, lakin bu tədbirlərə həmişə əməl olunmur.

Araqondakı yerli hakimiyyət Saraqos sakinlərini şəhəri tərk etməməyə, digər bölgələrin sakinlərini isə şəhərə daxol olmamağa çağırıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: KataloniyavəAraqonda  



Xəbər lenti