Ermənilər Konqresin qərarından təşvişə düşdü
Düzəlişin müəllifləri Konqresin üzvləri Stiv Şarlot və Stiv Koendir.
Erməni politoloq Suren Sarkisyan deyib ki, Amerika Birləşmiş Ştatlarının tarixində ermənilərlə bağlı hələ belə qətnamə qəbul edilməmişdi. Bunu misli görünməmiş hal adlandıran Sarkisyan bildirib ki, belə formulu olan bir qətnamə indiyədək Konqresdə müzakirə olunmayıb.
Onun sözlərinə görə, söhbət Ukraynanın, Gürcüstanın, Moldovanın və Azərbaycanın işğal edilmiş ərazilərindəki qaçqınların hüquqlarından gedir və Dövlət katibi Müdafiə naziri ilə birgə vaxtaşırı Konqresin müvafiq komitələrinə məruzə etməlidirlər.
Bundan əlavə, xarici qüvvələr tərəfindən 1991-ci ildən bəri qeyri-qanuni işğal olunmuş ərazilərdə öldürülmüş və məcburi köçkün düşmüş insanların sayı barədə Konqresin müvafiq komitəsinə hesabat verilməlidir.
Sarkisyan vurğulayıb ki, qətnamə ABŞ Senatında da qəbul edilsə, ciddi presedent olacaq - həm siyasi, həm də hüquqi baxımdan.
"Bütün işləri erməni icmasına və lobbi təşkilatlarının ixtiyarına buraxmamalıyıq, özümüz həm Ermənistan Xarici İşlər Nazirliyinin səlahiyyətləri daxilində, həm də parlament diplomatiyası yolu ilə addımlar atmalıyıq".
Pərvanə Sultanova
Azvision.az
Teqlər: ABŞ







Vaxtında, Aydın, Lazımlı!


