Suriyada ABŞ hərbçisi öldü

Suriyada ABŞ hərbçisi öldü
  22 İyul 2020    Oxunub:2757
Suriyada 21 yaşlı ABŞ hərbi qulluqçusu vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə "Sarsılmaz qətiyyət" əməliyyat qrupu məlumat yayıb.

Bildirilib ki, ölüm hadisəsi qarşı tərəfdən hücum nəticəsində baş verməyib. Hərbçinin adı və ölümün hansı şəraitdə baş verməsi açıqlanmayıb, araşdırma aparılır.

Qeyd edək ki, 2014-cü ildən bəri ABŞ və müttəfiqləri Suriya və İraqda İŞİD terror qruplaşmasına qarşı hərbi əməliyyat keçirir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Suriya  



Xəbər lenti