110-dan çox terrorçu Türkiyəyə təslim oldu

110-dan çox terrorçu Türkiyəyə təslim oldu
  22 İyul 2020    Oxunub:3567
PKK terror təşkilatının daha iki üzvü Türkiyə təhlükəsizlik qüvvələrinə təslim olub.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, hər iki şəxs terror təşkilatına 2014-və 2015-ci illərdə qoşulub. Onlar silahlarını Şanlı Urfada təhvil veriblər.

Qeyd edək ki, cari ilin yanvar ayından indiyədək 112 terrorçu Türkiyəyə təslim olub.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Türkiyə   terror  



Xəbər lenti