İranda bir gündə koronavirusdan 219 nəfər ölüb

İranda bir gündə koronavirusdan 219 nəfər ölüb
  22 İyul 2020    Oxunub:3335
İranda son sutka ərzində daha 2586 nəfər koronavirusa (COVID19) yoluxub, aşkar edilmiş ümumi yoluxma sayı 281 min 413 nəfərə çatıb.
Azvision.az İranın Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, bir gündə 219 nəfər virusdan ölüb.

Beləliklə, ölkədə koronavirusdan ölənlərin sayı 14 min 853-ə yüksəlib. Hazırda 3609 xəstənin vəziyyəti ağırdır. İndiyədək 244 min 840 nəfər koronavirusdan sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran   Koronavirus   Pandemiya  



Xəbər lenti