Madriddə "Qarabağ Azərbaycandır!" şüarı səsləndirildi
Tədbirdə İspaniya Azərbaycanlıları Birliyinin sədri Vahid imanov (Burqos vilayəti),Yeni Yazarlar-Sənətçilər Birliyinin avropa təmsilçisi şair Səfa Rəşid (Santander şəhəri), Valensiya Azərbaycanlılar Cəmiyyətinin sədri Mubariz ibrahimov (Valensiya şəhəri), İspaniya Azərbaycan Mədəniyyət və Ticarət Assosiasiyasının sədri Fərid Mustafayev, İspaniyanın Torlavega şəhərində "Qarabağ" idman klubu yaradan Şamo Eyvazov, diaspor fəalları Yaqut Novruzova, Cəmil Quliyev, Madrid və Barselonadan qoşulan soydaşlarımız iştirak ediblər.
Azərbaycan və Türkiyənin dövlət bayraqlarının dalğalandığı, Tovuz cəbhəsində həlak olan şəhidlərimizin şəkillərinin, "Qarabağ Azərbaycandır!", "Qarabağ Azərbaycana məxsusdur!", "Ermənistanın işğalçılıq siyasətinə son qoyulsun!" və s. şüarların nümayiş olunduğu aksiyada çıxış edənlər ölkəmizə qarşı Ermənistanın törətdiyi hərbi təxribatları və təcavüzkar siyasəti şiddətlə qınadıqlarını bəyan ediblər. Natiqlər dünya birliyindən və beynəlxalq təşkilatlardan Ermənistanın sərt çəkildə cəzalandırılması, Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağ və ona bitişik 7 rayonun erməni işğalından azad olunması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi üçün qətiyyətli addımlar atılmasını tələb ediblər.
İnsidentsiz başa çatan etiraz aksiyasından sonra soydaşlarımız Azərbaycanın İspaniyadakı səfirliyinə gedərək, dövlətimizə, xalqımıza və ordumuza dəstəklərini bildiriblər.
Azvision.az
Teqlər: Madrid İspaniya Aksiya







Vaxtında, Aydın, Lazımlı!


