Çinin koronavirus statistikası açıqlandı
22 aktiv yoluxmanın 19-u yerli, qalanları ölkəyə idxal olunub. Bir gündə 15 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.
Ümumilikdə, Çində 83 729 nəfərdə koronavirus infeksiyası aşkar edilib, 78 855 nəfər sağalıb, 240 COVID-19 xəstəsinin müalicəsi davam edir. Bu günədək virusa yoluxmuş 4634 nəfər vəfat edib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Çin Koronavirus