Çin ABŞ-ın Baş Konsulluğunu bağlaya bilər

 Çin ABŞ-ın Baş Konsulluğunu bağlaya bilər
  23 İyul 2020    Oxunub:2918
Çin Hyustondakı Baş Konsulluğuna qarşı təzyiqlərə cavab olaraq Sıçuan əyalətinin cənub-qərbindəki Çenduda ABŞ-ın Baş Konsulluğunu bağlamağı düşünür.
Azvision.az xəbər verir ki, bu barədə “South China Morning Post” nəşri yazıb.

Çində ABŞ-ın beş konsulluğu var. Bunlar Quançjou, Şanxay, Şenyane, Çendu və Uhanda yerləşir.

"Çenduda konsulluğun bağlanması ABŞ-la Çin arasında gərginliyi daha da artıra bilər”, - deyə məlumatda qeyd olunub.

Çenduda 1985-ci ildə açılmış konsulluq ölkənin cənub-qərbini əhatə etdiyi üçün strateji əhəmiyyətli hesab olunur.

Daha əvvəl isə Çinin ABŞ-ın Uhandakı konsulluğunu bağlaya biləcəyi ilə bağlı məlumatlar yayılmışdı, ancaq ABŞ koronavirus infeksiyası başlayanda diplomatik işçiləri oradan təxliyə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Çin  



Xəbər lenti