Ukraynada bir gündə 71 uşaqda virus aşkarlandı

Ukraynada bir gündə 71 uşaqda virus aşkarlandı
  23 İyul 2020    Oxunub:3213
Ukraynada son sutka ərzində daha 856 nəfər koronavirusa yoluxub. Onlardan 71-i uşaq, 50-si tibb bacısıdır.
Azvision.az Ukrayna Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, ölkədə ümumi yoluxma sayı 61 min 851 nəfərə çatıb. Yoluxanlardan 4400-ü uşaq, 8153-ü tibb işçisidir.

Son sutkada pandemiya qurbanlarının sayı 17 nəfər artaraq 1551-ə yüksəlib, indiyədək 34 min 172 xəstə sağalaraq evə buraxılıb.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Ukrayna   Virus  



Xəbər lenti