Üzərinə Azərbaycan və ABŞ-ın dövlət bayraqlarının, "Ermənistanın işğalçı siyasətinə son qoyulsun!", "Qarabağ Azərbaycandır!" şüarlarının həkk olunduğu avtomobillərlə 2 saatdan artıq müddət ərzində ştatın Şuqar Lənd (Sugar Land), Keti (Katy), Memorial və Hyuston şəhərlərinin küçələrində hərəkət edən həmvətənlərimiz, texaslıların diqqətini Qarabağ həqiqətlərinə və erməni vəhşiliyinə cəlb edib.
Avtomobil yürüşünün sonunda şəhərin mərkəzində bir araya gələn soydaşlarımız Azərbaycanın dövlət himnini ifa ediblər. “Qarabağ bizimdir, bizim olacaq”, "Qarabağ Azərbaycandır!", " Ermənistanın işğalçı siyasətinə son qoyulsun!", "Erməni vəhşiliyinə son qoyulsun!" kimi şüarlar səsləndirən soydaşlarımız ölkəmizə, xalqımıza, ordumuza və bu günlərdə müxtəlif xarici ölkələrdə ermənilərin faşist əməllərinə qarşı səslərini ucaldan soydaşlarımıza dəstəklərini ifadə ediblər.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


