Türkiyədə son sutkada 913 yoluxma, 18 ölüm

 Türkiyədə son sutkada 913 yoluxma,  18 ölüm
  24 İyul 2020    Oxunub:4137
Türkiyədə son sutka ərzində 18 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, bir gündə 913 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 5563, virusa yoluxanlar isə 223 min 315 nəfərə çatıb.

Türkiyədə indiyədək 206 min 365 xəstə (son sutkada 1151 nəfər) sağalaraq evə buraxılıb.

Azvision.az



Teqlər: Türkiyə   Koronavirus   Pandemiya  



Xəbər lenti