Gürcüstanda gündəlik yoluxma sayı artır

 Gürcüstanda gündəlik yoluxma sayı artır
  24 İyul 2020    Oxunub:3093
Gürcüstanda son sutka ərzində 19 nəfər koronavirusa yoluxub. Bununla ölkədə virusa yoluxanların ümumi sayı 1104 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, indiyədək 912 nəfər sağalıb, 16 xəstə pandemiyanın qurbanı olub. Hazırda karantində 5936, stasionar nəzarətdə isə 268 nəfər saxlanılır.

Son vaxtlar Gürcüstanda gündəlik yoluxma hallarının artması müşahidə edilir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Gürcüstan   virus  



Xəbər lenti