Ermənistanda koronavirusdan ölənlərin sayı 700-ə çatır

 Ermənistanda koronavirusdan ölənlərin sayı 700-ə çatır
  24 İyul 2020    Oxunub:2585
Ermənistanda son sutka ərzində daha 451 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 36 613 nəfərə çatıb.

Son sutkada 4 xəstə ölüb və virusa yoluxma nəticəsində ölənlərin sayı 692 nəfər olub.

İndiyədək 25 734 xəstə sağalıb. Koronavirus aşkar edilmiş, lakin digər xəstəlikdən ölənlər isə 218 nəfərdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Koronavirus  



Xəbər lenti