Hindistanda bir gündə 50 minə yaxın yoluxma aşkarlandı

Hindistanda bir gündə 50 minə yaxın yoluxma aşkarlandı
  24 İyul 2020    Oxunub:3070
Hindistanda son sutka ərzində 49,7 min nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Hindistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, virusa yoluxanların ümumi sayı 1 287 945 nəfərə çatıb. İndiyə kimi 817 208 xəstə sağalıb, 30 601 nəfər pandemiyanın qurbanı olub.

Hindistan COVID-19-a yoluxma hallarının sayına görə dünyada üçüncü yerdədir.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Hindistan   virus  



Xəbər lenti