BƏƏ-yə gedənlər üçün PSR testi məcburi oldu
Qərar avqustun 1-dən qüvvəyə minəcək. Bütün sərnişinlər üçün PSR testlərinin tələb edilməsi qərarı BƏƏ-nin pandemiya müddətində həm sərnişinləri, həm də aviasiya sənayesini qoruyacaq təhlükəsiz və məsuliyyətli səyahət tədbirləri qurmaq əzmini əks etdirir.
Bu tədbirlər sənaye rəhbərləri, hökumət nümayəndələri və səhiyyə orqanları arasında keçirilmiş geniş məsləhətləşmələrdən sonra qəbul edilmişdir. Bütün risklərin qarşısını almaq mümkün olmasa da, bu tədbirlər elmi cəhətdən riskləri azaltmaq üçün hazırlanıb.
Aparıcı nəqliyyat mərkəzi kimi BƏƏ təhlükəsiz qlobal səyahət və əlaqələrin bərpa edilməsində öz rolunu oynamağa qərarlıdır.
Testlərin aparılması üzrə dünyanın ən yüksək nəticəyə sahib ölkələrindən olması, zəif yüklənmə və ciddi sağlamlıq arayışları sayəsində BƏƏ səyahət etmək üçün dünyanın ən təhlükəsiz ölkələrindən biridir.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: PSR