Patriarx Kirill İrəvan və Bakını sülhə çağırdı: “Sizdən xahiş edirəm”

Patriarx Kirill İrəvan və Bakını sülhə çağırdı:  “Sizdən xahiş edirəm”
  24 İyul 2020    Oxunub:4049
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədar bəyanat yayıb.
Azvision.az xəbər verir ki, o, münaqişə tərəflərini dialoqa çağırıb.

Kirilin sözlərinə görə, vaxtilə yan-yana yaşayan xalqların qarşıdurması 33 ildir davam edir və münaqişədə hər bir ağırlaşmanı şəxsi ağrısı kimi qəbul edir.

O xatırladıb ki, 13 iyun 1995-ci ildə Rusiya Pravoslav Kilsəsinin təşəbbüsü ilə Moskvadakı Müqəddəs Daniel monastırında Ermənistan, Azərbaycan və Rusiya dini liderlərinin ilk üçtərəfli görüşü keçirilib.

"Görüşün nəticəsi olaraq, Ermənistan-Azərbaycan münaqişəsinin dini əsası olmadığına dair fikirin ifadə olunduğu ortaq bir bəyanat qəbul edildi. Bu gün qarşıdurmanı kəskinləşdirmək üçün din amilinin süni şəkildə etnik qarşıdurmalara gətirilməsi zamanı bunu xatırlamaq xüsusilə vacibdir".

Bəyanatda vurğulanıb ki, Qafqazda yeni bir müharibə hər cür terrorçu və ekstremisti cəlb etməklə, istər-istəməz bölgəni uzun müddət sülh və əmin-amanlıqdan məhrum edəcək.

"Hörmətli qardaşlar, sizdən görüşlərimizdə əldə etdiyimiz nailiyyətləri saxlamağı xahiş edirəm. Rus Pravoslav Kilsəsi münaqişənin ən qısa zamanda sona çatacağına dua edir. Ümidvarıq ki, bizə qardaş xalqlar olan Ermənistan və Azərbaycan düşmənçiliyə son qoymaq, etibarsızlıq dərəcəsini azaltmaq, problemlərin qarşılıqlı məqbul həllinə nail olmaq üçün özlərində güc və müdriklik tapacaq".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qafqaz  





Xəbər lenti