İranda bir gündə 215 nəfər koronavirusdan öldü

 İranda bir gündə 215 nəfər koronavirusdan öldü
  24 İyul 2020    Oxunub:3598
İranda son sutka ərzində yeni növ koronavirusa 2489 yoluxma qeydə alınıb.
Azvision.az İran Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, qonşu ölkədə indiyədək 286 523 nəfər virusa yoluxub, 249 212 xəstə sağalıb.

Son sutkada 215 nəfər olmaqla, COVID-19 qurbanlarının sayı 15 289 nəfərə çatıb.

Hazırda İranda 3653 xəstənin vəziyyəti ağırdır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran   Koronavirus   Pandemiya  



Xəbər lenti