Rusiya avqustun 1-dən beynəlxalq uçuşları bərpa edir

Rusiya avqustun 1-dən beynəlxalq uçuşları bərpa edir
  24 İyul 2020    Oxunub:10521
Rusiya avqust ayının 1-dən etibarən beynəlxalq uçuşları bərpa edir.
Azvision.az xəbər verir ki, bu barədə Rusiyanın Baş Naziri Mixail Mişustin bildirib.

Onun sözlərinə görə, beynəlxalq uçuşlar 1 avqustdan Moskva, Moskva vilayəti, Sankt-Peterburq və Rostov-Don hava limanlarından başlayacaq.

"Beynəlxalq reyslərin bərpa edilməsi barədə qərar qəbul edərkən epidemioloji vəziyyəti, xəstələnmə nisbətini, qarşılıqlılıq prinsiplərini rəhbər tutduq", - deyə Mişustin vurğulayıb.

Uçuşların ediləcəyi ölkələrin siyahısı daha sonra açıqlanacaq. Hazırda sərhədlərin üç ölkə - Türkiyə (İstanbul və Ankara), Böyük Britaniya və Tanzaniya (Zənzibar) üçün açılması məlumdur.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Uçuşlar  



Xəbər lenti