“Əziz müəllimim”, “Mehriban həkim” mahnılarının müəllifi bu dəfə hərbi geyimdə mahnı ifa edib. “Diriliş marşı” adlanan mahnının sözləri şair Əyyub Qiyasa aiddir. Sənətçi son günlər Azərbaycan Ermənistan sərhəddində baş verən hadisələrdən təsirlənərək ərsəyə gətirdiyi mahnıya klip də çəkdirib. Ekran işində gənc istedadlı aktyor Türkay Cəfərli də rol alıb.
Klipdə həmçinin Tovuzda qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimov və digər şəhidlərimizin kadrları, ordumuzun gücünü əks etdirən video görüntülər də yer alıb.