Almaniyada son sutkada 781 yoluxma olub

Almaniyada son sutkada 781 yoluxma olub
  25 İyul 2020    Oxunub:4136
Almaniyada son sutka ərzində 781 nəfər yeni növ koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi strukturuna daxil olan və COVID-19-la bağlı statistika aparan Robert Kox İnstitutu məlumat yayıb.

Bildirilib ki, Almaniyada bir gündə 7 nəfər infeksiyadan ölüb. Pandemiya qurbanlarının ümumi sayı 9118 nəfərdir. Ölkə üzrə virusa yoluxanların sayı 204 964 nəfərə yüksəlib. İndiyədək təxminən 189,8 min xəstə sağalıb.

Ən çox yoluxma Bavariya (50 260), Şimali Reyn-Vestfaliya (47 257) və Baden-Vürttemberqdə (36 819) qeydə alınıb. Paytaxt Berlində isə 8957 yoluxma halı aşkarlanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: RobertKoxİnstitutu   Almaniya   Koronavirus  





Xəbər lenti