Muxtar respublikada 638 yeni iş yeri yaradılıb

Muxtar respublikada 638 yeni iş yeri yaradılıb
  25 İyul 2020    Oxunub:5903
2020-ci ilin yanvar-iyun aylarında muxtar respublikada 638 yeni iş yeri yaradılıb.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, əmək bazarının tələblərinə uyğun olaraq Naxçıvan Regional Peşə Tədris Mərkəzində təşkil olunmuş peşə hazırlığı və ixtisasartırma kurslarına 120 nəfər cəlb edilib. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki peşə ixtisas
təhsili müəssisələrində 849 nəfər müxtəlif peşələrə yiyələnib.

Azvision.az


Teqlər: Naxçıvan   İş  





Xəbər lenti