Azərbaycanda avtomobil istehsalı azalıb

Azərbaycanda avtomobil istehsalı azalıb
  25 İyul 2020    Oxunub:5560
Cari ilin yanvar-iyun aylarında ölkədə 873 və ya ötən ilin müvafiq dövrünə nisbətən 239 ədəd az minik avtomobili istehsal olunub.
Dövlət Statistika Komitəsindən Azvision.az -a bildirilib ki, yarım ildə maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 146,2 milyon manatlıq məhsul istehsal edilib.

2019-cu ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 96,1 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 57,2 faiz, maşın və avadanlıqların istehsalı isə 16,2 faiz artıb.

Azvision.az


Teqlər: Statistika  





Xəbər lenti