Səhvə yol vermiş namizədlər üçün yeni şans

Səhvə yol vermiş namizədlər üçün yeni şans
  26 İyul 2020    Oxunub:5457
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsində səhvə yol vermiş və elektron ərizəsini təsdiq etmiş namizədlərin müraciətləri nəzərə alınaraq elektron ərizələrində dəyişiklik etmək imkanı yaradılacaq.
Təhsil Nazirliyindən Azvision.az -a bildirilib ki, elektron ərizəsinə məlumatları daxil edərkən səhvə yol vermiş namizədlər məlumatları aşağıdakı şəkildə İnsan resursları mərkəzinin rəsmi "Facebook" səhifəsinin mesaj bölməsinə göndərməlidirlər:

1. Ad, soyad, ata adı
2. Şəxsiyyəti təsdiq edən sənədin surəti
3. Fin kod
4. Əlaqə nömrəsi
5. Yol verilən səhvin qısa məzmunu

Müraciət üçün son tarix: 28 iyul saat 23:59.

Azvision.az


Teqlər: Nazirlik   Təhsil  





Xəbər lenti