Niderlandın siyasi partiyalarında erməni təcavüzü müzakirə olunub

Niderlandın siyasi partiyalarında erməni təcavüzü müzakirə olunub
  27 İyul 2020    Oxunub:3333
Niderland Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli Niderlandın Xristian Demokrat Partiyasının (CDA) siyasi partiyasının Friesland bölgəsi üzrə rəhbəri Jochem Jan Zijlstra və CDA partiyasından olan Waadhoeke bələdiyyəsinin koordinatoru Anton Wijkhuijs ilə görüş keçirib.
Bu barədə E.Mirhəşimli özü məlumat verib. O, bildirib ki, görüşdə erməni diasporunun Avropada törətdiyi təxribatlarla bağlı məlumat verib: “Bunda başqa Xristian Demokrat Partiyasının parlamentdə xarici əlaqələr şöbəsi fəaliyyət göstərir. Haaqada bu partiyanın xarici əlaqələr şöbəsində daha bir görüşümüz olacaq. Erməni lobbisi bizdən öncə görüşüb şikayət edib. Amma partiya yetkililəri razılaşdılar ki, qərar vermədən öncə məni də dinləsinlər”.



E.Mirhəşimli əlavə edib ki, Ermənistanın Tovuz istiqamətində təxribatlara başlamasından dərhal osnra bu barədə məlumat vermək üçün Niderlandın bütün siyasi partiyalarına rəsmi məktub ünvanlayıb. Sadəcə Xristian Demokrat Partiyasından görüşə razılıq verilib.

Amma çalışacam ki, Niderlandın digər siyasi partiyaları ilə də görüş keçirim və onları bu məsələ ilə bağlı məlumatlandırım ki, obyektiv qərar versinlər.

Azvision.az


Teqlər:





Xəbər lenti