“Zirə” daha bir futbolçunu heyətinə qatdı

  28 İyul 2020    Oxunub : 6967
“Zirə” daha bir futbolçunu heyətinə qatdı
Bakının “Zirə” klubu daha bir futbolçunu heyətinə qatıb.
Azvision.az kluba istinadən xəbər verir ki, paytaxt təmsilçisi Ayxan Süleymanlı ilə müqavilə imzalanıb.

16 yaşlı futbolçu ilə anlaşma 3 illik nəzərdə tutulub. A.Süleymanlı 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının şərəfini qoruyur.

Qeyd edək ki, “Zirə” bunadək Ruslan Qurbanov, Rəşad Əzizli, Tural Bayramlı, Klesio Bauk, Kərim Diniyev, Rəşad Eyubov, Sərtan Taşkın və Şəhriyar Rəhimovu heyətinə qatıb.

Azvision.az

Teqlər: Zirə