Qırğızıstanda son sutkada 548 yoluxma qeydə alındı

Qırğızıstanda son sutkada 548 yoluxma qeydə alındı
  28 İyul 2020    Oxunub:2585
Qırğızıstanda son sutka ərzində koronavirusa 548 yeni yoluxma qeydə alınıb, 28 pasiyent vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə Qırğızıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə virusa yoluxanların ümumi sayı 33 min 844 nəfərə çatıb. Onlardan 2691 nəfəri tibb işçisidir. İndiyədək 1329 xəstə həyatını itirib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Qırğızıstan   virus  





Xəbər lenti