Ermənistanda 719 nəfər koronavirusdan ölüb

Ermənistanda 719 nəfər koronavirusdan ölüb
  28 İyul 2020    Oxunub:2538
Ermənistanda son sutka ərzində daha 239 nəfərdə koronavirus aşkarlanıb.
Azvision.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, ölkədə ümumi yoluxma hallarının sayı 37 629-a yüksəlib.

Ötən gün virusa yoluxmadan 8 pasiyent ölüb. Bununla COVID-19-dan ölənlərin sayı 719 nəfərə çatıb.

Məlumata görə, koronavirusa yoluxub, başqa xəstəliklərdən ölənlərin sayı 223 nəfərdir. İndiyədək 27 357 xəstənin sağaldığı deyilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Koronavirus  





Xəbər lenti