Terrorçu qrupa qoşulan Mehdi Şükürov ekstradisiya edildi

Terrorçu qrupa qoşulan Mehdi Şükürov ekstradisiya edildi
  28 İyul 2020    Oxunub:4894
Rusiya ağır cinayətdə şübhəli bilinən Azərbaycan vətəndaşını Bakıya ekstradisiya edib.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Mehdi Şükürov adlı şəxs Azərbaycana ekstradisiya olunub. O, cinayət törətməkdə, terror məqsədli təlimlər keçməkdə və silahlı qruplaşmada iştirakda ittiham olunur.

İstintaqın məlumatına görə, Şükürov 2016-cı ilin mart ayında İrana gedib və orada xüsusi ağır cinayətlər, o cümlədən terror xarakterli cinayətlər törətmək məqsədi ilə yaradılan qanunsuz silahlı dəstəyə qoşulub. Həmin şəxs silah, partlayıcı cihazlardan, eləcə də digər təhlükəli texniki vasitələrdən istifadə üzrə təlimə qatılıb.

Onun Rusiya ərazisində olması təsdiq edildikdən sonra saxlanılaraq Bakıya təhvil verilib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Cinayət  





Xəbər lenti