Türkiyədə test verməyə gedən məhbus qaçdı

  28 İyul 2020    Oxunub : 2592
Türkiyədə test verməyə gedən məhbus qaçdı
Türkiyədə koronavirus testi verən 31 yaşlı məhbus qadın əri tərəfindən qaçırılıb.
Azvision.az "CNN Türk"ə istinadən xəbər verir ki, hadisə Türkiyənin Adana bölgəsində baş verib.

Karataş qadın cəzaçəkmə müəssisəsində saxlanılan Songül Beyazlat koronavirus testi vermək üçün Yüreğir dövlət xəstəxanasına aparılarkən həyat yoldaşı Onur Beyazlat tərəfindən qaçırılıb.

Qadın jandarma maşınından özünü yerə ataraq ərinin idarə etdiyi mikroavtobusa minib. Polis onları ələ keçirmək üçün əməliyyata başlayıb.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Türkiyə   Məhbus