Azercell-in yeni modemindən eyni zamanda 32 istifadəçi yararlana bilər

  28 İyul 2020    Oxunub : 2728
Azercell-in yeni modemindən eyni zamanda 32 istifadəçi yararlana bilər
Abunəçilərinin rahatlığını hər zaman prioritet hesab edən edən “Azercell Telekom” MMC, #Rəqəmsal Günlər çərçivəsində yeni kampaniyaya start verir. Bu dəfə lider mobil operator müştərilərinə 4G WiFi modemini təqdim edir.
Yeni modem eyni zamanda 32 istifadəçiyə internetdən yararlanmaq imkanı verərək, mobil telefon, planşet, televizor, kompüter və digər simsiz internetə qoşula bilən bütün cihazları yüksək sürətli mobil data xidmətləri və sabit siqnal ilə təmin edir. Cihazın digər üstünlüyü isə əhatə radiusunun 150-200 metr olmasıdır ki, bu da öz növbəsində modem vasitəsilə uzaq məsafədən belə internetə qoşulmaq imkanı yaradır.

Kampaniya çərçivəsində abunəçilər 4G WiFi cihazı ilə yanaşı 1 ədəd DATA tarifində olan Fakturasız xətt nömrəyə və 1 aylıq 50 GB həcmində internetə də sahib olur . Yeni 4G WiFi cihazlarını cəmi 129 AZN ödəyərək Azercell-in bütün Diler Ofislərindən əldə etmək mümkündür.

Qeyd edək ki, kampaniya yalnız fiziki şəxs olan abunəçilər üçün nəzərdə tutulub.
Ətraflı məlumat üçün: bu səhifəyə daxil olun.

Teqlər: Azercell