İŞİD İraq ordusunun iki zabitini öldürüb

İŞİD İraq ordusunun iki zabitini öldürüb
  29 İyul 2020    Oxunub:2369
İraq ordusunun iki zabiti Ənbar əyalətində İŞİD terror qruplaşmasının qurduğu pusquya düşərək həlak olub.
Azvision.az xəbər verir ki, bu barədə İraqın ordu komandanlığı məlumat yayıb.

Qeyd edilib ki, daha iki hərbçi yaralanıb.

Məlumatına görə, terror hücumunda İraq ordusunun 7-ci piyada diviziyasının 29-cu briqadasının komandiri və onu müşayiət edən zabit öldürülüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İraq  





Xəbər lenti