Çində koronavirusa yoluxanların sayı yenidən artıb

 Çində koronavirusa yoluxanların sayı yenidən artıb
  29 İyul 2020    Oxunub:2362
Ötən sutka ərzində Çində koronavirus infeksiyasına 101 aktiv, 27 simptomsuz yoluxma halı qeydə alınıb.
Azvision.az Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, 7 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.

101 yeni yoluxmadan 98-i əyalətlərdə, o cümlədən 89 hal Sincan Uyğur Muxtar rayonunda aşkarlanıb, digərləri ölkəyə idxal olunub.

Ümumilikdə Çində 84 060 nəfər koronavirusa yoluxub, 78 944 nəfər sağalıb, 482 xəstə hazırda müalicəsini xəstəxanalarda davam etdirir. Pandemiya qurbanlarının sayı 4634 nəfərdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Çin  





Xəbər lenti