Ermənistanda koronavirusa yoluxma sayı 38 minə çatır

Ermənistanda koronavirusa yoluxma sayı 38 minə çatır
  29 İyul 2020    Oxunub:2300
Ermənistanda son sutka ərzində daha 308 nəfərdə koronavirus aşkarlanıb.
Azvision.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, ölkədə ümumi yoluxma hallarının sayı 37 937-yə yüksəlib.

Ötən gün 4 pasiyent ölüb, bununla pandemiya qurbanlarının sayı 723 nəfər olub.

Ermənistanda koronavirusa yoluxub, digər xəstəliklərdən ölənlərin sayı 225 nəfərdir. İndiyədək 27 824 xəstənin sağaldığı deyilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Koronavirus   Yoluxma  





Xəbər lenti