Qazaxıstanda karantin rejimi iki həftə uzadılır

Qazaxıstanda karantin rejimi iki həftə uzadılır
  29 İyul 2020    Oxunub:2429
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev koronavirus infeksiyası ilə əlaqədar tətbiq edilmiş karantin məhdudiyyətlərinin daha iki həftə uzadılması barədə göstəriş verib.
Azvision.az xəbər verir ki, Qazaxıstanın Nazirlər Kabineti iyulun 5-də epidemioloji vəziyyətin ağırlaşması və koronavirusa yoluxanların sayının artması səbəbindən ölkədə iki həftəlik karantin tətbiq edib. Daha sonra məhdudiyyətlər avqustun 2-dək uzadılıb.

“İyul ayında tətbiq olunan məhdudlaşdırıcı tədbirlərin müsbət təsirini daha da gücləndirmək, Qazaxıstanda və qonşu dövlətlərdə epidemioloji vəziyyətin mümkün ağırlaşması nəzərə alınmaqla, Prezident Dövlət Komissiyasına karantin tədbirlərini iki həftə müddətinə uzatmağı və mərhələli şəkildə yüngülləşdirməyə gedilməsini tapşırıb”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Qazaxıstanda son sutka ərzində 1544 nəfər koronavirusa yoluxub, ümumi yoluxma sayı 86 192 nəfərə çatıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qazaxıstan   Karantin  





Xəbər lenti