Türkiyədə sosial şəbəkələrlə bağlı qanun qəbul edildi

Türkiyədə sosial şəbəkələrlə bağlı qanun qəbul edildi
  29 İyul 2020    Oxunub:9320
Türkiyə Böyük Millət Məclisi (TBMM) ölkədə sosial şəbəkələrin tənzimlənməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.
Azvision.az xəbər verir ki, qanuna əsasən, sosial şəbəkələrə sahib olan xarici şirkətlərdən Türkiyədə ofislərini açması tələb olunur. Xüsusilə, bu tələb Facebook, Twitter və Instagrama aiddir.

Bundan əlavə, şirkətlər öz platformalarında qanunsuz materialların yayılmasının qarşısını almaq üçün tədbirlər görməlidir, bu cür materialların yayılacağı təqdirdə isə məsuliyyət daşıyacaqlar.

Xarici şirkətlərin Türkiyədə nümayəndəlik açmaqdan imtina etməsi halında, sosial şəbəkələrə giriş məhdudlaşdırılacaq.

Qeyd edək ki, qanun layihəsini bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təsdiqləyəcəyi gözlənilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   Qanun   Sosial-şəbəkə  





Xəbər lenti