Ukraynada terror törədənlər ələ keçdi

 Ukraynada terror törədənlər ələ keçdi
  29 İyul 2020    Oxunub:4159
Ukrayna Təhlükəsizlik Xidməti Kiyevdə, xüsusən Şulyavskaya metrostansiyası yaxınlığında və Podolda yaşayış binasında partlayışlar təşkil etməkdə şübhəli bilinən iki nəfəri saxlayıb.
Azvision.az xəbər verir ki, bu barədə UTX-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Minskaya metrostansiyası yaxınlığında da partlayıcı qurğu aşkarlayıb və onu zərərsizləşdiriblər. Partlayış törədən şəxslərin hökumət orqanlarından 500 min dollar pul tələb etdikləri məlum olub.

Saxlanılanlar terrorçuluq əməllərinə görə ittiham olunurlar.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ukrayna   terror  





Xəbər lenti