Minskdə tutulan döyüşçülər Rusiya vətəndaşlarıdır

 Minskdə tutulan döyüşçülər Rusiya vətəndaşlarıdır
  29 İyul 2020    Oxunub:3386
Belarusun paytaxtı Minsk yaxınlığındakı sanatoriyada 32 rusiyalı saxlanılıb, daha bir nəfər isə ölkənin cənubunda tutulub.
Azvision.az “BelTA” agentliyinə istinadən xəbər verir ki, onların özəl hərbi şirkətin üzvləri olduğu iddia edilir.

Qeyd edilib ki, hüquq-mühafizə orqanları ölkədə seçki ərəfəsində vəziyyəti gərginləşdirmək üçün 200-dən çox döyüşçünün gəldiyi barədə məlumat alıb: "Rusların hər birinin yanında kiçik bir çantası, həmçinin hər birində üç böyük ağır çamadan var idi. Bunlar bir neçə nəfər tərəfindən nəqliyyat vasitəsinə yükləndi".

Məlumata görə, qrup iyulun 24-dən 25-nə keçən gecə Minskə gəlib, otelə yerləşib, iyulun 27-də isə paytaxt yaxınlığındakı sanatoriyalardan birinə gedib.

Sanatoriya rəhbərliyinin bildirdiyinə görə, ziyarətçilər rus turistlər üçün xarakterik olmayan davranışları və monoton hərbi geyimləri ilə diqqəti özlərinə cəlb ediblər. Alkoqoldan istifadə etməyiblər, əyləncə yerlərinə getməyiblər.

Kiçik qruplarda sanatoriyanın ərazisini və ətrafını diqqətlə öyrəniblər.

İddia edilir ki, saxlanılan şəxslər Rusiyanın “Vaqner” qrupunun üzvləridir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Mins  





Xəbər lenti